Manavqat şəlaləsi Antalya Türkiyə

Manavgat Antaliya

Manavqat — Türkiyənin Antalya ilində şəlalə. Manavqat şəlaləsi Manavqat çayı üzərində, Side şəhəri yaxınlığında, Manavqat şəhərinin 3 km-də yerləşir. Hündürlüyü 4 metr, eni isə 40 metrdir. Çayın bol sulu dövründə şəlalə bəzən su altında qalır.Şəlalədən 12 km şimalda Oymapınar su anbarı yerləşir. Çay öz başlanğıcını Antaliyadan 76 km şərqdən, Tavr dağlarından götürür.

Ümumi məlumat

Şəlalə bölgənin görməli yerlərindən biri hesab olunur. Şəlalə öz adını Manavqat çayından götürmüş. Keçən əsrin 80-cı illərdən ziyarətə açıq elan olunmuş. Manavqat sözü «Manauva» sözündən meydana gəlmiş və mənası "ilahənin məbədi" deməkdir. Məhs yerli tayfalar çayı belə adlandırıb. Hündürlüyünə görə ölkənin digər şəlalələrində geridə qalsada 40 metrlik enə malik olması və bol sulu olmasına görə Türkiyədə çox məhşurdur. Manavqat şəlaləsi ölkənin 1968-1983-cü illərdə işlənilən 5 lirənin arxa üzündə əks olunub.Suyun temperaturu yay aylarında belə 12 dərəcədən yuxarıya qalxmır. O üzdən ətrafda dayanan zaman çox xoş sərinlik hiss olunur.

Şəlalədə diqqət çəkən məqamlardan biri də suyun rəngidir. Günəş şüalarının təsiri ilə şəlalənin rəngi bəzən yaşıl, bəzən isə firuzəyi, yaşıl-göy çalarda olur.

Şəlalə yaxınlığında çoxlu kafe və restoranlar fəaliyyət göstərir. Turistlər restoranda yerləşən xüsusi yerlərdə oturaraq şəlaləni asanlıqla seyr edə bilirlər. Restoranlarda müxtəlif balıq yeməkləri, eləcə də ənənəvi türk yaşıl çayı hazırlanır. Farel balığından hazırlanmış yeməklər daha məhşurdur. Ailəvi istirahət üçün ərazidə xüsusi yerlər mövcuddur. Şəlalə ətrafında meşə zolağı və çay bağları var. Kiçik mağazalarda müxtəlif suvenirlər satılır. 2018-cu ildə şəlaləni 1 milyondan atrıq turist ziyarət etmiş.

Nəqliyyat

Manavqat şəhərindən üzərində "Şelale" yazılan xüsusi avtobuslar fəaliyyət göstərir. Avtobuslar hər 15-20 dəqiqədən hərəkət edir. Avtobusdan başqa taksi ilə və ya piyada şimala doğru hərəkət etməklə şəlaləyə çatmaq olar. Manavqat çayı ilə qayıqla şəlaləyə səfərlər təşkil olunur. Şəlaləni yay aylarında ziyarət etmək daha məqsədə uyğundur. Yaz aylarında Manavqat çayının suyu çox olduğundan şəlalə demək olar ki, görsənmir. Şəlalənin dəqiq kordinatları belədir:  36°48′48.22″ şm. e. 31°27′16.08″ ş. u.

16 views0 comments