top of page
internet_connection_turkey.jpg

Sərmayə yatırmaq vasitəsi ilə “Türk Vətəndaşlığı” əldə etmək

Mənzil almaqla Türk vətəndaşlığını əldə etmək prosesi necədir?​

Türkiyə Respublikasından 250.000 USD lik ev, torpaq, ofis, bina, villa və s. aldığınız zaman Türk vətəndaşlığına müraciət üçün,

Torpaq qeydiyyatı və kadastr müdirliyi (TAPU) üçün daşınmaz əmlak satın alma zamanı siz T.C. vətəndaşlığı almaq istədiyinizi bildirirsiniz.TAPU idaresi müraciət formasını dolduraraq Ətraf və şəhərsalma üzrə Nazirliyinə göndərir.

Nazirlik sizin 250.000 usd və daha çox bir qiymətdə daşınmaz əmlak aldığınızı və 3 il boyunca aldığınız əmlakı satmayacağınız barəsində öhdəlik yazıb təsdiqlədəndən sonra müraciətiniz Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin Baş İdarəsinə göndərirlir.

Son olaraq imza üçün Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin Baş İdarəsinə dəvət olunub, “Türkiye Cumhuriyeti kimlik kartınızı ve T.C. pasportunuzu” alırsınız.

 

Ailəm Türk vətəndaşlığına keçə bilər ?

Bəli. Siz, həyat yoldaşınız və 18 yaşından az övladlarınız  ( Müraciət tarixindən əvvəl) vətəndaşlıq ala bilərlər.

Yalnız 250.000 USD lik tək bir daşınmaz əmlak almalıyam yoxsa ümümilikdə 250.000 USD lik müxtəlif daşınmaz əmlaklar ala bilərəm ?

Toplamda 250.000 USD lik müxtəlif daşınmaz əmlaklar ala bilərsiniz ( məs: 2 ev, 1 dükan, 1 torpaq sahəsi ümumilikdə 250.000 USD dən çox olmalı).TAPU’ya müraciət zamanı bütün daşınmaz əmlakı almalısınız.

Ətraf və şəhərsalma üzrə Nazirliyi nəyə nəzarət edir?

Nazirlik sizin 250.000 USD və üzəri daşınmaz əmlak alıb almadığınızı və bu pulun daşınmaz əmlak satanın hesabına bank köçürməsi ilə edilib-edilmədiyini yoxlayır.

USD və TL qiymətlərini nəyə görə hesablamalıyam?

Daşınmaz əmlakı aldığınız gün Türkiyə Mərkəz bankası o məzənnəyə görə hesablayır.

Bu prosesler nə qədər zaman alır?

3/6 ay arası vətəndaş ola bilərsiniz.

Ticari daşınmaz əmlak alıb, onu kirayə verib vətəndaşlıq üçün müraciət edə bilərəm?

 

Bəli 

Türkiyə'yə gəlmədən vətəndaşlığa müraciət edə bilərəm?

Bəli, tanıdığınız birinə etibarnamə verərək bu işləri icra edə bilərsiniz. Bunun üçün Türkiyə’yə gəlməyinizə ehtiyac yoxdur.

Daha əvvəl Türkiyə'dən ev almışdım, hazırda vətəndaşlıq üçün müraciət edə bilərəmmi?

20.09.2018 tarixindən sonra daşınmaz əmlak alanlar bu hüquqdan yararlana bilərlər.

Anam, atam və 18 yaşından böyük uşağıma vətəndaşlıq verilə bilərmi?

 

Xeyr

18 yaşından yuxarı  baxıma ehtiyacı olan fiziki qüsurlu bir övladım, vətəndaşlıq barədə onun vəziyyəti necə olacaq?

Özünə baxmaqda çətinlik çəkən övladınız , xüsusi müraciət sənədlər vasitəsi ilə valideynləri birgə vətəndaşlıq əldə edə bilərlər.

Türk vətəndaşlığına keçmək üçün hansı sənədlər lazımdır ?

EMAPARK şirkəti, bizim vasitəmizlə mülk əldə etdikdə lazımi sənədləri hazırlamaqda sizə kömək edəcəkdir. 

Vətəndaşlıq prosedurunun 6 aya qədər davam etdiyini desək, bu zaman ərzində viza almaq mümkündürmu?

 

Bəli, bu müddət üçün sizə viza verilir.

Digər hansı investisiyalarla, mən bir Türk vətəndaşı ola bilərəm?

3 il çəkməmək şərti ilə Türkiyədəki bir banka 500.000 usd pul yatırdaraq Türk vətəndaşı ola bilərsiniz. 3 il sonra pulunuzu faizlə birgə geri çəkə bilərsiniz.

3 il satmamaq şərti ilə 500.000 USD lik dövlət borclanma sənədi alsanız Türk vətəndaşı ola bilərsiniz. 3 il sonra  pulunuzu faizlə birgə geri çəkə bilərsiniz.

Türkiyədə şirkət quraraq 50 adam işlətdiyiniz halda Türk vətəndaşı ola bilərsiniz.

bottom of page