Azerbaycan Haqqında

Updated: Apr 8


Baku Azerbaycan


Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir.

Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir.


Azərbaycan Respublikasının ərazisi 380 24’ və 410 54’ şimal en dairələri ilə 440 46’ və 500 50’ şərq uzunluğu dairələri arasında yerləşir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi, 4260 kənd yaşayış məntəqəsi var. Ölkədə 1718 bələdiyyə yaradılmışdır.


Azərbaycan 10 milyon əhalisinə görə Avropada 18-ci ən böyük ölkədir. Araşdırmaya əsasən ilk onluqda yer alan ölkələrə Rusiya, Almaniya, Türkiyə, Fransa, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Ukrayna, Polşa, Rumuniya daxildir.


Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olmaqla, yüksəklik amplitudu (-28) m-lə (Xəzərsahili) 4466 m (Bazardüzü zirvəsi) arasında dəyişir. Ölkə ərazisində əsas relyef strukturları Böyük və Kiçik Qafqaz dağları, Talış dağları və Kür-Araz ovalığıdır. Şimal-şərqdə yerləşən Böyük Qafqaz silsiləsində Baş Qafqaz (Bazardüzü d. 4466m; Tufan d. 4191m), Yan silsilə (Şahdağ d., 4243m), Qovdağ (Qovdağ d., 2437m) və Nialdağ (Yelligədik d., 2322m) silsilələri ayrılır. Qərbdə yerləşən Kiçik Qafqaz dağlarında Qarabağ (Böyük Kirs d., 2725m), Murovdağ (Gamış d., 3724m), Şahdağ (Şahdağ d., 2901m), Şərqi Göyçə (Keti d., 3399m) və Qarabağ yaylası (Dəlidağ d., 3616m) ayrılır. Naxçıvan MR-da Zəngəzur (Qapıcıq d., 3904m) və Dərələyəz (Kükü d., 3120m) silsilələri yerləşir. Cənubda İran ilə sərhəd boyu Talış dağları yüksəlir (Kömürgöy d., 2493m).


Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir.


Ərazisindən axan ən böyük çaylar Kür, Araz, Qanıx, Qabırrı, Samur, ən böyük gölləri isə Sarısu, Ağgöl, Ağzıbirçala, Mehman, Böyükşor və s.-dir.


Azərbaycan həm səyahət həm də yaşayış üçün ən təhlükəsiz yerlərdən sayılır, hər ölkədə olduğu kimi hər kəs özünü çətinliyə salmaqdan qaçınır. Bakı ziyarət etmək üçün təhlükəsiz şəhərdir, şəhərin mərkəzi və ətraf ərazilər xüsusilə diqqətəlayiqdir. Bütün dünyadan insanlar küçələrdə hətta gecə belə sərbəst hərkət edə bilirlər. Hər yerdə polislərə rast gəlmək olar və bu da öz növbəsində şəhəri daha təhlükəsiz edir.


Azərbaycan odlar yurdu adlanır. Təbiətdəki bu möcüzələrdən biri də Abşeron yarımadasında Məhəmmədi kəndindəki "Yanar dağ"dır. Suraxanıda isə heç vaxt sönməyən odun üzərində "Atəşgah" adlı qədim abidə var. Bu fenomen Azərbaycanın dünyada "Odlar Yurdu" kimi tanınmağına səbəb olub.

Azərbaycanın ərazisi arxeoloqlar üçün zəngin bir mənbədir. Qarabağda Azıx mağarasında aparılan qazıntılar Azərbaycanda 2 milyon il əvvəl insan sivilizasiyasının izlərini aşkar edib. Aşel dövründən olan, Azıxantrop kimi tanınan insan çənəsi Azərbaycan ərazisində erkən insan məskunlaşmasının olduğunu deməyə əsas verir. Məhz bu tapıntı Azərbaycanı Avropada erkən insanın yaşayış xəritəsinə daxil etmişdir.

Qədim şəhərdə yüzlərlə tarixi abidə var.


Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir. Bunlardan 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şəhər içərisində unikal şəhər olan

İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xəzər dənizinin sahilində orta yüksəklikli təpəliklərdə qərar tutan İçərişəhər qala divarları ilə əhatə olunur. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. E.ə8-7-ci əsrə aid bu Xəzər dənizinin kənarında nəhəng bir qayanın üzərində silindirik fоrmada tikilmiş Qız Qalası Bakının rəmzinə çevrilib.

10 views0 comments