Türkiyənin üçüncü böyük şəhəri İzmir

İzmir Konak

İzmir - Türkiyənin üçüncü böyük şəhəri. Əhalisinin sayı 2018-ci il etibarilə 4.320.000 nəfərdir.

İzmir (türkcə. İzmir;Latınca: Smyrna; Yunanca Σμύρνη Smyrne)-Türkiyədə əhalisinin sayına görə (2018 ci ilin məlumatına görə 4.35 milyon adam ) üçüncü və limanların sayına görə İstanbuldan sonra ikinci böyük şəhərdir. İzmir vilayətinin mərkəzi sayılır. İzmir - Aralıq dənizi hövzəsində olan ən qədim şəhərlərdən biridir.Mövcudluğu boyunca şəhər tərəqqi və tənəzzül dövrləri ilə dolu zəngin tarixə məxsusdur. İzmirin qərbində dənizi, çimərliklər və termal mərkəzləriylə Çeşmə yarımadası uzanar.Antik dövrlərin ən məşhur şəhərləri arasında olan Efes, Romanın imperatorluq dövründə dünyanın ən böyük şəhərlərindən bir idi.Bütün Yunan mədəniyyətinin zənginliklərini kökündə saxlayan Efes, bədii fəaliyyətlərlə də adını təsdiq etmişdir. Buna görə də şəhərə "Gözəl İzmir", "Köhnə İzmir" və "la Perle de l'Ionie" (İyonya'nın İncisi) deyirdilər.

Turizm

Egey dənizinin tam orta sahillərində yerləşən İzmir şəhəri Anadolu yarımadasının qərbində yerləşməklə, şərqdən Manisa, cənubdan Aydın, şimaldan Balıkesir şəhərləriyə qonşudur. Türkiyədə ən böyük turistik şəhərlərindən biri olan İzmir şəhərinə hava, quru və su yollarından səyyahət etmək mümkündür. İstanbuldan sonra ikinci böyük limana sahib olan İzmir, ilıq iqlimə malikdir,ilin üç yüz günü günəşli keçir. İzmirdə mədəniyyət turizmi, dini inanc turizmi, dəniz turizmi, sağlamlıq turizmi, eko turizm, velosiped turizmi çimərliklər, piknik sahələri, termal sular kimi turistik fəaliiyətlər yerinə yetirilir.


İzmirdə tarixi və turistik yerlərə Agora, Pergamon, Efes, Erythrai, Menderes, Urla, Torbalı, kilisələr, sinagoglar, məscidlər, su kəmərləri, körpülər, hamamlar, muzeylər və s. daxildir.

25 views0 comments
  • Facebook - Siyah Çember
  • YouTube Sosyal Simge
  • Siyah Instagram Simge
  • Heyecan Sosyal Simge
  • Pinterest Sosyal Simge
  • LinkedIn Sosyal Simge

EMATEK

Mad. Tur. Med. Elektrn. Mak. İnş. San. Tic. Ltd. Şti.

Vergi Dairesi: Maltepe

Ver.No: 333 069 7175

Tic.Sicil No: 249529

EMAPARK ANKARA Mərkəz Ofis

Adres: Mustafa Kemal Mahallesi Dumlupınar Bulvarı Tepe Prime  A Blok No:266 Asma Kat Daire No:18  Çankaya/ANKARA/Türkiyə   06510

EMAPARK İzmir Ofis: Manavkuyu mah. Alija İzetbegovic cad. No:47/B Bayraklı/İzmir/Türkiyə

35535

E-mail:  info@emapark.com

www.emapark.az

www.emapark.com

www.evalinir.com

www.emaparkdatca.com

logo-whatsapp-transparent-background-22.