Türkiyə tarixi


Türkiyə Bayrağı

Qədim dövr


Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması - Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.


Cumhuriyyət dövrü


Türkiyə Qurtuluş Savaşı

XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə peşəkar hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.

İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökumətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi "Milletin müdafiəsi haqqında" qanun qəbul etdi. Bu qanuna görə hökumətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi.


İkinci dünya müharibəsi dövrü


1941-ci il iyunun 18-də isə Türkiyə hökuməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyinielan etdi. Müharibə illərində qəbul edilmiş "Millətin müdafiəsi haqqında" qanuna əsasən hökumət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu və s. ilə təchiz edirdi.

1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhzuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhzulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı.


Avropalı dövlətlərlə müttəfiqlik


1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhzulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə hökuməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti Franklin Delano Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi.

4 views
  • Facebook - Siyah Çember
  • YouTube Sosyal Simge
  • Siyah Instagram Simge
  • Heyecan Sosyal Simge
  • Pinterest Sosyal Simge
  • LinkedIn Sosyal Simge

EMATEK

Mad. Tur. Med. Elektrn. Mak. İnş. San. Tic. Ltd. Şti.

Vergi Dairesi: Maltepe

Ver.No: 333 069 7175

Tic.Sicil No: 249529

EMAPARK ANKARA Mərkəz Ofis

Adres: Mustafa Kemal Mahallesi Dumlupınar Bulvarı Tepe Prime  A Blok No:266 Asma Kat Daire No:18  Çankaya/ANKARA/Türkiyə   06510

EMAPARK İzmir Ofis: Manavkuyu mah. Alija İzetbegovic cad. No:47/B Bayraklı/İzmir/Türkiyə

35535

E-mail:  info@emapark.com

www.emapark.az

www.emapark.com

www.evalinir.com

www.emaparkdatca.com

logo-whatsapp-transparent-background-22.

© 2008 by  EMATEK Ltd. Şti.