Türkiyə musiqisi


Türkiyə musiqisi — Orta Asiya xalq musiqisindən tutmuş Avropanın klassik musiqi janrlarına kimi çox musiqi janrlarını əhatə edir.


Türkiyə çalğı alətləri


Türkiyə türklərinin xalq çalğı alətləri 4 qrupa bölünür :

Telli çalgılar (bağlama ailəsi çalğıları): cürə, divan, tambura, tar.Vurmalı çalgılar: davul, darbuka, dəf, qaşıq, Balıkesir yapısı oyun qaşığı.Üflemeli çalgılar: kaval, mey, zurna, sipsi, tulum.Yaylı çalgılar: kamança, kabak kəmanə, dırnaq kəmanə


Musiqi janrları


Azərbaycan musiqisi ilə müqaisədə, Türkiyə musiqisində simfonik makam, makam-cazz janrları yoxdur, milli opera və baletləri nisbətən azdır.


Türk xalq musiqisi


Türk xalq musiqisində 3 cür türkü ayırd edilir :

qırıq hava: Bar, Horon, Bengi, Zeybek və s.Azərbaycan türküləriQara dəniz türküləriTeke zortlatmasıRumeli türküleriZeybek türküleriorta hava qırıq və uzun hava ritmləri qarışığıdır, : Divan, Gazel, Müstezad və s.uzun hava bəlli bir ritmdə olmur və sərbəst söylənilir, buna aiddir: Maya, Hoyrat, Bozlak, Gurbet havası, Divan, Yol havası, Düz maya və.Barak (Barak türkmənlərinə özgüdür)Bozlak (Avşar türkmənlərinin yaşadığı İç və Güney Anadoluda)Yol havaları (Qara dəniz regionu)Hoyratlar (Doğu və Güneydoğu Anadolu, Kərkük)Qürbət havaları (Teke yörəsinə özgü).


Türkiyədə bir neçə Türk xalq musiqisi xorları fəaliyyət göstərir :

Ankara Devlet Türk Halk Müziği Korosu (1986)İstanbul Devlet Türk Halk Müziği Korosu (2008)Sivas Devlet Türk Halk Müziği Korosu (1990)Şanlıurfa Devlet Türk Halk Müziği Korosu (1990)


Rəqs musiqisi

Əsas məqalə: Türkiyə türklərinin rəqsləri

Rəqslər bir neçə qrupa bölünür :

Mərasim rəqsləriİnancla bağlı rəqslərQadın rəqsləriKişi rəqsləri

Ninnilər (laylalar)

Türkiyənin əski çağlardan gəlib çıxan ucsuz-bucaqsız layla zənginliyi var. Maraqlıdır ki, Türkiyənin Qars və Ərzurum, Azərbycanda, eləcə də fars danışıq dilində bu qavramı ifadə etmək üçün "laylay" sözü işlədilir. Türkiyənin digər bölgələrində "ninni", Fars yazılı dilində "nanu", İtalyanca “ninna-nanna”, Yunanca “nannarismata” kəlimələri istifadə olunur


Aşıq musiqisi

Aşıq şeirləri 2 böyük qrupa ayrılır :

hecalı şeirlər: qoşma, səmai, varsağı, dastan.əruzlu şeirlər: divan, səlis, səmai, qələndəri, sətrənc, vəzni ahər

Günümüzə gəlib çıxan oğuz aşıq dastanları bunlardır: Dədə Qorqud, Koroğlu, Aşıq Qərib və Şahsənəm, Əsli və Kərəm, Tahir və Zöhrə, Fərhad və Şirin və s.

2009-cu ildə Türkiyə aşıq musiqisi UNESCO-nun Bəşəriyyətin Şifahi və Toxunulmaz Mədəniyyəti Listəsinə daxil olub .


Dini musiqi


Tasavvufi Halk Müziği

Dini mahnılar da bir neçə cür olur :

İlahilər Tanrıya sevgini anlatan mahnılardır, 2 yerə ayrılır:Cami ilahileriTasavvuf müziği ilahileri - hər hansı təriqətin inanış yolunu, ya da o təriqəti quran adamın adını çəkər.Semahlar Ələvi-Bektaşi topluluqlarının ayin-i cem adlı törənlerində, semaha eşlik edir. Üç aşamadan ibarətdir: Ağırlama, Yeldirme, Şahlanma. Son bölüm "Şah beyit" olaraq adlandırılan saz şairinin ya da bir Ələvi böyüyünün adının keçdiyi dörtlüyün oxunmasıyla oluşur.Qələndəri (Kalenderi) - səba məqamında oxunmuş qəzəllər.

2010-cu ildə Türkiyə semahları UNESCO-nun Bəşəriyyətin Şifahi və Toxunulmaz Mədəniyyəti Listərinə daxil olub.

Türk sənət musiqisi

Azərbaycan muğam musiqisində klassik qədim Şərq muğamlarından (makamlarından) indiki zamanadək 7 əsas muğam gəlib çıxıbsa, çağdaş Türkiyə musiqisində əsas makamların sayı 13-ə çatır

Azərbaycandan fərqli olaraq, Türkiyədə makamlar həm təksəsli, həm də çoxsəsli ifa olunur. Hazırda bir neçə klasik Türk musiqi xorları fəaliyyət göstərir :

Cumhurbaşkanlığı Klasik Türk Müziği Korosu (1976)İzmir Devlet Klasik Türk Müziği Korosu (1986)Ankara Devlet Klasik Türk Müziği Korosu (1986)Bursa Devlet Klasik Türk Müziği Korosu (1991)Diyarbakır Devlet Klasik Türk Müziği Korosu (1991)Elazığ Devlet Klasik Türk Müziği Korosu (1990)Samsun Devlet Klasik Türk Müziği Korosu (1990)Mersin Devlet klasik Türk Müziği Korosu (1993)


Osmanlı musiqisi


Mehter marşları


Opera və balet

Türkiyədə ilk opera və balet truppası 1542-ci ildə İstanbulda yaşayan xarici elçilərin əyləncələri olaraq qeydə alınır. III Səlim vaxtından başlayaraq batılaşma (qərbləşmə) meyilləri hərbi, təhsil və mədəniyyət sahələrində artmışdır.

XIX yüzildə İstanbulda İtalyan operetta truppaları konsert və tamaşalar verirdi. İtalyan bəstəkarı Vittorio Rediglia Türk makamları motivlərin əsasında 1918-ci ildə komik "Şaban" operasını yazır, opera ilk dəfə Vianada oynanılır.


Pop musiqisi

Türk roku

Anadolu roku

Türk Hip-hop musiqisi

9 views0 comments
  • Facebook - Siyah Çember
  • YouTube Sosyal Simge
  • Siyah Instagram Simge
  • Heyecan Sosyal Simge
  • Pinterest Sosyal Simge
  • LinkedIn Sosyal Simge

EMATEK

Mad. Tur. Med. Elektrn. Mak. İnş. San. Tic. Ltd. Şti.

Vergi Dairesi: Maltepe

Ver.No: 333 069 7175

Tic.Sicil No: 249529

EMAPARK ANKARA Mərkəz Ofis

Adres: Mustafa Kemal Mahallesi Dumlupınar Bulvarı Tepe Prime  A Blok No:266 Asma Kat Daire No:18  Çankaya/ANKARA/Türkiyə   06510

EMAPARK İzmir Ofis: Manavkuyu mah. Alija İzetbegovic cad. No:47/B Bayraklı/İzmir/Türkiyə

35535

E-mail:  info@emapark.com

www.emapark.az

www.emapark.com

www.evalinir.com

www.emaparkdatca.com

logo-whatsapp-transparent-background-22.