Türkiyə Bodrum Qalası və Sualtı Arxeologiya Muzeyi

Bodrum qalası

Bodrum qalası heç şübhəsiz Bodrumun ən önəmli simvoludur. New York üçün Azadlıq heykəli, Paris üçün Eyfel qülləsi nədirsə Bodrum üçün də Bodrum qalası odur. İllərdir dəniz sularına baxan qala, Bodrumun ən gəzməli, ən mənzərəli yerlər siyahısının başında durur.

Ən romantik Bodrum gözəlliklərindən biri, gecə qalanın üzərindəki qaranlıq qayalıqdan Bodrumu izləməkdir. Uzaqdan barların işıqları yanıb sönür, musiqi səsləri yüksəlir, amma siz hər şeydən uzaq, qalaya söykənərək bütün qarma qarışıqlıqdan uzaqda qorunursunuz.


Hər 3 tərəfdən dənizlə əhatə olunan Bodrum qalasının inşa edildiyi yer antik dövrdə ada olub. Daha sonra torpaqla birləşərək yarımadaya çevrilib. Hər iki tərəfdə Bodrumun ürəyi sayılan iki böyük körfəz və liman var. Qalada 5, ən hündürü 47,5 metr yüksəklikdə olan Fransız qülləsi, İtalyan qülləsi, Alman qülləsi, İngilis qülləsiİlanlı qüllə var.


Qalanın torpaqla əhatə olduğu tərəfdə divarlar iki qatlıdır. Lakin, dənizə doğru baxan divarlarda bu qüvvətləndirmə yoxdur, çünki cəngavərlər dəniz döyüşləri mövzusunda iddialı olduqları üçün dənizdən gələn hücuma qarşı donanmanın yaxşı müdafiə edəcəyinə əmin idilər. Bununla yanaşı, qalaya daxil olmaq üçün 7 qapı quraraq qalanı daha nəzarətli hala gətiriblər. Qapılardan birində XVI əsrdən qalma yunanca yazılmış belə bir yazı var - “Üzərində cəsusluq edənlər cəzalandırılacaq”. Qalada 14 çən var ki, qala mühasirədə olarkən su ehtiyacı bu çənlərə yığılan sular vasitəsilə ödənilirdi.


Rodos 1522-ci ildə Sultan Süleyman tərəfindən fəth edildikdə, cəngavərlər qalanı tərk etməyə məcbur edildi və qalada bir məscid tikildi. Birinci Dünya Müharibəsi dövründə isə Fransız topçusunun atəşindən məscidin minarəsi yıxıldı. Yalnız 1997-ci ildə minarə yenidən quruldu. Qala 1960-cı ildə bərpa olunub və indi Bodrum Sualtı Arxeologiya Muzeyi kimi istifadə edilir. İstirahət üçün Bodrumu seçmisinizsə mütləq dünyanın ən büyük Sualtı Arxeologiya Müzeyinə baş çəkin. “Yaşayan Muzey” tərzinin ən gözəl nümunəsi olan Bodrum Sualtı Arxeologiya Müzeyinin başqa bir bənzəri yoxdur. Eyni zamanda dünyanın ən qədim sualtı qalıqlarından tapılan nümunələrin sərgisi dünya miqyasında əhəmiyyət daşıyır. Həmçinin, dəniz suyu ilə dolu olan qala bataqlıqlarından biri, teatr oyunlarının sərgiləndiyi bir festival sahəsi olaraq istifadə edilir.


Bodrum Sualtı Arxeologiya Müzeyi


Bodrum sualtı

Adı çəkilən muzey Sualtı Arxeologiya mövzusunda tək Türkiyədə deyil, dünyada saylı muzeylərdən biridir. Bu muzeydə dünyanın ən qədim gəmi qalığı olan "Uluburun Batığı" sərgilənir. Bu, 3,300 il əvvəl batmış, erkən tunc dövrünə aid olan 15 metr uzunu və 5 metr eni olan Likya Ticarət Gəmisi Uluburuna aiddir.


Gəminin Misirdən gəldiyi düşünülür, çünki gəmidə Misir Şahzadəsi Nefertitinin möhürü və gəminin burun hissəsində Nefrettinin qızıl örtüklü heykəli tapılıb. Bu da gəminin Misirin önəmli ticarət gəmisi olduğunu göstərir. Gəmidən çıxarılan digər əşyalar da bunu dəstəkləyir.


Gəmidə 150-dən çox şüşə külçəsi var ki, bu da ən qədim şüşələr olduğu üçün çox qiymətlidir. Həmçinin fil dişləri, su ayqırı dişləri, vazlar və musiqi alətlərinin hazırlanmasında istifadə edilən dəvə quşu yumurtaları tapılıb. Xammal olaraq istifadə edilən bu materiallardan əlavə, qızıl qədəhlər, qızıl zinət əşyaları, qab qacaqlar, bitki toxumları var. Bütün bunlar keçmişdəki ticarəti, mədəniyyəti və o dövrün özəlliklərini dərk etməyimizə kömək edir. Çox önəmli bu gəmi qalıqlarını görmək Sizə tarixə səyahət təsiri bağışlayacaq. Təbii ki, bu muzeydə tək gəmi qalığı Uluburun deyil, bundan başqa Finike Gelidonya gəmi qalığı, Bodrum Yassıada gəmi qalığı, Roman ticarət gəmisi, Şeytan Dərəsi gəmi qalığı, Marmaris Serçe limanı və Tektaş gəmi qalığı və s. sərgilənir.

35 views0 comments