İstanbulun gəzməli və görməli yerləri


Türkiyə İstanbul

İstanbulun böyük ölçülü şəhər olmasına və qədim və zəngin tarixinə baxmayaraq, onun bütün əsas görməli yerləri yığcam formada yerləşir. Lakin butün bu yerləri siz çətin ki, bir-iki gün ərzində gəzib görə biləsiniz. Belə ki, qədim şəhərin atmosferi, istirahət və gəzintilər üçün gözəl şərait yaratdığından tələsməyə də ehtiyac qalmır.

Bəs bu zaman Türkiyənin ən böyük şəhəri İstanbulda hansı gəzməli və görməli yerlər var?


1. Süleymaniyə məscidi

Sinanın bu möhtəşəm əsəri öz gözəlliyi ilə Sultan Əhməd məscidindən geri qalmır. Bəziləri Sultan Əhməd məscidindən gözəl yer tanımır, digərləri isə Süleymaniyənin ən gözəl məscid olduğunu hesab edirlər. İstənilən halda, hər iki müqəddəs yeri ziyarət etmək lazımdır. Məscidlərə giriş səlbəstdir, lakin namaz vaxtları məscidlər ibadət üçün turistlərin ziyarətinə bağlanılırlar.


2. Dolmabaxça sarayı

Sizin ekskursiyanızda növbəti punkt mütləq Dolmabaxça sarayı olmalıdır. Gözəl saray avropa barokko üslubunda tikilib ki, onun tərtibatı isə xüsusi dəbdəbə ilə fərqlənir və bu ölkə üçün heç də səciyyəvi deil. Sarayın tikintisi və tərtibatı çox baha başa gəlib: təkcə binanın inşası üçün 5 milyon funt qızıldan istifadə edilib.

2007-ci ilə qədər saray muzey olub. İndi isə bura Türkiyənin baş nazirinin iqamətgahıdır. Bu səbəbdən sarayın yalnız bəzi zalları turistlərin ziyarəti üçün açıqdır.


3. Sultan Əhməd Cıdır Meydanı

İstanbuldakı cıdır meydanı — Sultan Əhməd ərazisində yerləşən iki hissədən ibarətdir. Birinci hissə Aya Sofya kilsəsi və Mavi məscid arasında yerləşir, ikinci hissəsi isə elə cıdır meydanıdır. Burada Luksor şəhərindən gətirilmiş Misir obeliskini, alman fəvvarəsini və Konstatin obeliskini görmək mümkündür.